Peşəkar zabit kadrların hazırlanması üçün hər cür şərait yaradılıb

Neçə illərdir ki, naxçıvanlılar az qala hər gün bir yeniliyin şahidi olurlar. Bu, muxtar diyarımızda yaradılan sabitliyin, nail olunmuş sosial-iqtisadi inkişafın bəhrəsi kimi hər birimizi ürəkdən sevindirir, qurub-yaratmaq əzmimizi yüksəldir. Bu inkişafın bütün sahələri əhatə etməsi isə göz qabağındadır. Ötən ilinmart ayında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin “Orta İxtisas Polis Məktəbinin yaradılması haqqında” muxtar respublika rəhbərinin imzaladığı Fərman hamının ürəyincə oldu. Bu sahə üzrə təhsil almaq…

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində innovativ dərnəklər yaradılmışdır

Məktəbdənkənar təhsil müəssisələri uşaq və gənclərin maraq və bacarıqlarının, intellektual səviyyələrinin və yaradıcılıq qabiliyyətlərinin inkişafı, asudə vaxtlarının səmərəli təşkilində mühüm əhəmiyyət daşıyır. Buna görə də muxtar respublikada məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin təşkili həyata keçirilən təhsil islahatlarının əsas istiqamətlərindəndir. Oktyabrın 26-da Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində innovativ dərnəklər fəaliyyətə başlayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri…