Culfa şəhərində yenidənqurma işləri aparılıb
Culfa şəhərindəki E.Nağıyev küçəsi və ona bitişik C.Məmmədquluzadə, Ş.İ.Xətai və M.Müşfiq küçələrində əsaslı yenidənqurma işləri aparılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov görülən işlərlə tanış olmuşdur. Məlumat verilmişdir ki, küçələri əhatə edən 3,4 kilometrlik avtomobil yolu yenidən qurularaq asfalt örtük salınmış, yol üzərində 800 metr beton su kanalı çəkilmiş, 3170 metr səki salınmışdır.…