Culfa şəhərində yenidənqurma işləri aparılıb

Culfa şəhərindəki E.Nağıyev küçəsi və ona bitişik C.Məmmədquluzadə, Ş.İ.Xətai və M.Müşfiq küçələrində əsaslı yenidənqurma işləri aparılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov görülən işlərlə tanış olmuşdur. Məlumat verilmişdir ki, küçələri əhatə edən 3,4 kilometrlik avtomobil yolu yenidən qurularaq asfalt örtük salınmış, yol üzərində 800 metr beton su kanalı çəkilmiş, 3170 metr səki salınmışdır.…

Kompleks quruculuq işləri iqtisadi gücün göstəricisidir

Muxtar respublikada hər il geniş quruculuq işləri aparılır, yaşayış məntəqələri müasir görkəmə qovuşur, insanların sosial-məişət şəraiti yaxşılaşdırılır. Həyata keçirilən quruculuq işləri Culfa rayonunu da əhatə etmişdir. Bu gün istər Culfa şəhəri, istərsə də rayonun kəndləri müasir görkəmi ilə seçilir. Son illər tikilən yeni yaşayış və inzibati binalar, çəkilən yollar, istehsal və xidmət sahələrinin yaradılması, iş…

Naxçıvanda Zəfər Günündə Kəngərli rayon Bayraq Meydanı istifadəyə verilib

Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”. Bu gün ölkə Prezidentinin rəhbərliyi ilə dahi şəxsiyyətin ideyalarının həyata keçirilməsi, Lider-xalq birliyinin nəticəsində yenilməz Azərbaycan ordusu 44 gün ərzində işğal olunmuş torpaqlarımızı azad etdi. Dövlət-xalq-ordu…

Naxçıvanda Zəfər Günü münasibətilə ağacəkmə keçirilib

44 günlük Vətən müharibəsi Azərbaycan xalqının mübarizliyini və yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi. Tarixi zəfər qazanıldı, ərazi bütövlüyümüz bərpa olundu. Ölkə Prezidentinin dediyi kimi: “Bu, hamımızın qələbəsidir, Azərbaycan xalqının qələbəsidir. Çünki xalqımız işğal dövründə əyilmədi, vəziyyətlə barışmadı, öz doğma torpaqlarını unutmadı… ordumuzu gücləndirdik, iqtisadiyyatı gücləndirdik, beynəlxalq mövqelərimizi genişləndirdik və istədiyimizə nail olduq, tarixi ədalətə nail…

Naxçıvanda Vətən müharibəsi şəhidlərinin ailələrinə və qazilərə mənzillər və avtomobillər təqdim olunub

Noyabrın 5-də – Zəfər Günü ərəfəsində 8 şəhid ailəsinə və 1 qaziyə mənzil, sağlamlıqları məhdudlaşmış 13 şəxsə isə avtomobil təqdim olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən 8 noyabrın Azərbaycanda Zəfər Günü olduğunu qeyd etmiş, əlamətdar gün ərəfəsində şəhidlərin əziz xatirəsinə ehtiramını bildirmişdir. Ali Məclisin…