Yeni xidmət mərkəzində 5 nəfər işlə təmin olunub

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Dərvişlər kəndində xidmət mərkəzinin də açılışını etmişdir. Məlumat verilmişdir ki, xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, anbar, ərzaq və təsərrüfat malları mağazaları yerləşir. Burada xidmətin təşkili üçün nümunəvi şərait yaradılmış, 5 nəfər işlə təmin olunmuşdur. Mərkəzdə ailə təsərrüfatlarında istehsal olunmuş məhsulların satışına…

Abad kənd yolundan bəllidir

İqtisadi inkişafın başlıca şərtlərindən biri də yol infrastrukturunun yaradılmasıdır. Muxtar respublikada yol-nəqliyyat kompleksinin yeniləşməsi və beynəlxalq standartlara uyğunlaşdırılması həyata keçirilən quruculuq işlərinin əsas tərkib hissəsidir. Naxçıvan şəhərində olduğu kimi, rayon və kəndlərdə də avtomobil yolları müasir tələblər səviyyəsində yenidən qurulur. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Dərvişlər kənd avtomobil yolu yenidən qurulmuşdur. Oktyabrın 25-də Naxçıvan…

Dərvişlər kənd mərkəzində hərtərəfli şərait yaradılıb

Oktyabrın 25-də Dərvişlər kənd mərkəzi istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanmışdır. Məlumat verilmişdir ki, ikimərtəbəli kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv, statistika otağı, klub və 38…

“Araz” Elm-İstehsalat Birliyinin Şərur Dayaq Məntəqəsi yenidən qurulub

Muxtar respublikanın ən böyük yaşayış məntəqələrindən olan Şərur rayonunda iqtisadiyyatın bütün sahələri inkişaf etmiş, aqrar sahədə islahatların əhatə dairəsi genişlənmişdir. Bunun nəticəsidir ki, Şərur artıq aqrar sahədə inkişafın yeni mərhələsini yaşayır. Rayonda torpaq mülkiyyətçilərinin keyfiyyətli toxum sortları ilə təmin edilməsində və əkinçilikdə yeni metodların tətbiqində akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin Şərur Dayaq Məntəqəsi…

Şərur rayonunun Dərvişlər kəndində yeni sosial obyektlər istifadəyə verilib

Bu gün muxtar respublikada kəndlərin inkişafına göstərilən qayğı, tikilən yeni sosial obyektlər əhalinin rahat yaşayışını və inkişafı təmin etmişdir. Şərur rayonunun Dərvişlər kəndi də hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuş, yeni sosial obyektlər istifadəyə verilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “…Naxçıvanın inkişafı, çiçəklənməsi artıq reallıqdır. Bu reallığı biz özümüz yaratmışıq. Bu…