Hərbçilərə bayram sovqatı aparılıb

Ölkəmizdə dövlət-xalq-ordu birliyinin ideal təcəssümünü qədim diyarımız Naxçıvanın timsalında daha bariz şəkildə görmək mümkündür. Muxtar respublikamızda nazirlik, eləcə də idarə, müəssisə və təşkilat nümayəndələrinin tarixi və əlamətdar günlərdə, o cümlədən bayramlarda hərbi hissələrdə olmaları, əsgər və zabitlərimizə sovqat aparmaları buna parlaq sübutdur. Şanlı tariximizə ərazi bütövlüyümüzün 44 gün ərzində təmin edilməsi, Qələbə ili kimi yazılan…