Babək şəhərində bazar kompleksi istifadəyə verilib

“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” Babək rayonunda da uğurla icra olunur, kompleks-quruculuq tədbirləri həyata keçirilir. İstifadəyə verilən müasir sosial obyektlər əhaliyə göstərilən xidmətlərin səviyyəsini yüksəltməklə yanaşı, Babək rayonunu da müasir yaşayış məntəqəsinə çevirib, məskunlaşma artıb, rayon mərkəzi və kəndlər böyüyüb. Bu il Babək qəsəbəsinə şəhər, Nehrəm və Cəhri kəndlərinə isə qəsəbə…