Şərur şəhərində yeni avtovağzal inşa olunacaq

Muxtar respublikada nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər görülür. Bu sahədə tədbirlər muxtar respublikanın bölgələrində də davam etdirilir, müasir standartlara cavab verən avtovağzallar tikilir, sərnişindaşıma xidməti müasir tələblər səviyyəsində qurulur. Aprelin 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur şəhərində inşa olunacaq avtovağzalın layihəsinə və tikinti aparılacaq əraziyə baxıb. Məlumat verilib ki, avtovağzal müasir…

“Çomaxtur” elektrik yarımstansiyası istifadəyə verilib

Muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Alternativ və bərpa olunan enerji mənbələrindən düzgün istifadə olunur, yeni elektrik stansiyaları tikilərək istifadəyə verilir, istehsalın həcmi artırılır. Elektrik enerjisinin istehsalı ilə yanaşı, onun istehlakçılara etibarlı və dayanıqlı çatdırılması da diqqət mərkəzində saxlanılır, yeni elektrik yarımstansiyaları tikilir.  Aprelin 12-də Şərur şəhərində “Çomaxtur” yarımstansiyası istifadəyə verilib.…

Rayonun 7 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulur

Şərur rayonunun kəndlərində aparılan geniş quruculuq işləri yol infrastrukturunu da əhatə edibdir. Bu il rayonun Xanlıqlar-Şərur şəhəri-Yengicə-Şəhriyar-Kürçülü-Kərimbəyli-Dəmirçi kənd avtomobil yolu yenidən qurulucaqdır. Aprelin 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda aparılan yenidənqurma işləri ilə maraqlanıb. Məlumat verilib ki, yenidən qurulan avtomobil yolu Şərur rayonunun 7 yaşayış məntəqəsini əhatə edir. 21 kilometr uzunluğundakı yola…

Şərur rayonu sosial iqtisadi inkişafın yeni mərhələsində
Rayonda geniş quruculuq işləri aparılır

Ümummilli liderimiz Heydər Əliyev deyib: “Şərur rayonunun imkanları böyükdür. Burada yaxşı torpaqlar var, çox fədəkar insanlar var. Arzu edirəm ki, Şəruru daha da abadlaşdırasınız, gözəlləşdirəsiniz…”.  Muxtar respublikanın ən böyük yaşayış məntəqəsi olan Şərur rayonunda kompleks inkişaf təmin edilibdir. Rayonda iqtisadiyyatın bütün sahələrinin inkişafı, yeni sənaye müəssisələrinin yaradılması, aqrar sahədə islahatların əhatə dairəsinin genişləndirilməsi əhali rifahını yüksəldib, məskunlaşma…

Daxili İşlər Nazirliyinin vətəndaşlara növbəti müraciəti

Hörmətli naxçıvanlılar ! Sağlam gələcək naminə özünüzün və doğmalarınızın evdə qalmalarını təmin edin. Kütləvi tədbirlərin (qonaqlıqların, ad günü tədbirlərinin, nişan mərasimlərinin və s.) təşkilindən və ya bu cür tədbirlərdə iştirak etməkdən yayının. Səyahət etməkdən çəkinin. Mümkün qədər ictimai nəqliyyatdan istifadə etməyin. Zərurət olmadıqca şəxsi avtomobilinizdən istifadə etməyin. Sosial şəbəkələrdə yanlış məlumatların yayılmasına şərait yaratmayın, yalnız…

“Naxçıvan” Əlahiddə Əməliyyat Briqadası 25 il
“Naxçıvan” Əlahiddə Əməliyyat Briqadası müasir maddi-texniki bazası və yüksək döyüş qabiliyyəti ilə seçilir

Ölkəmizdə Daxili Qoşunların formalaşması və inkişafı ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin diqqət və qayğısı ilə Daxili Qoşunlar böyük inkişaf yolu keçmiş, hərbi hissələrin müasir standartlar səviyyəsində qurulması istiqamətində tədbirlər görülmüş, bu sahənin fəaliyyətini tənzimləyən hüquqi baza yaradılmışdır. 1994-cü il fevralın 8-də qəbul olunmuş “Daxili Qoşunların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə…

Naxçıvanda “Bərəkət Toxumçuluq” kompleksi istifadəyə verilmişdir

Bu gün muxtar respublikada kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi və ixrac imkanlarının artırılması sahəsində ardıcıl tədbirlər görülür. Müasir meliorasiya və irriqasiya sistemləri qurulur, yeni torpaqlar əkin dövriyyəsinə qatılır, torpaq mülkiyyətçiləri texnika və gübrə ilə təmin edilirlər. Xüsusilə kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən olan toxumçuluğun inkişafı diqqətdə saxlanılır. Hazırda muxtar respublikada…

Daxili İşlər Nazirliyi muxtar respublika sakinlərinə müraciət edib

Müraciətdə deyilir: Dünyada pandemiya elan olunan virusun Naxçıvan Muxtar Respublikasında yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin effektivliyinin artırılması məqsədilə ciddi zərurət olmadan kəndlərdə yaşayan vətəndaşların rayon mərkəzlərinə, eyni zamanda rayonlardan Naxçıvan şəhərinə gəlməsinə 04 aprel 2020-ci il tarixdən məhdudiyyətlər tətbiq edilir. Muxtar respublika sakinlərindən xahiş olunur ki, xidməti işləri və səhhətləri ilə əlaqədar təxirəsalınmaz…

Naxçıvanda yeni meyvə bağları salınıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Ekoloji məsələlərə diqqət, münasibət, eyni zamanda, ölkənin ümumi siyasətinin, ümumi mədəniyyətinin təzahürüdür… Təbiət, ətraf mühit daimi sərvətdir… Bizim vəzifəmiz ondan ibarətdir ki, bunu qoruyaq. Özümüz üçün, gələcək nəsillər üçün, ölkəmizin yaşaması üçün qoruyaq”. Müasir dövrdə insanın təbiətlə qarşılıqlı əlaqəsi və ekoloji məsələlərə münasibəti cəmiyyətin inkişaf səviyyəsini göstərir. Muxtar respublikada…

Yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır
Muxtar respublikada yeni nasos stansiyaları tikilir, təzyiqli boru xətləri çəkilir

Bu gün muxtar respublikada iqtisadiyyatın digər sahələri kimi, meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması, müasir hidrotexniki qurğuların tikilməsi də diqqətdə saxlanılır. Torpaqların su təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafına, ən əsası isə əkinçilikdə yüksək məhsuldarlığın əldə olunmasına imkan verir. Nəticədə torpaq mülkiyyətçiləri, ailə təsərrüfatları və fermerlər bol məhsul istehsal edərək ərzaq təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak…