Hörmətli naxçıvanlılar !

  • Sağlam gələcək naminə özünüzün və doğmalarınızın evdə qalmalarını təmin edin.
  • Kütləvi tədbirlərin (qonaqlıqların, ad günü tədbirlərinin, nişan mərasimlərinin və s.) təşkilindən və ya bu cür tədbirlərdə iştirak etməkdən yayının.
  • Səyahət etməkdən çəkinin.
  • Mümkün qədər ictimai nəqliyyatdan istifadə etməyin.
  • Zərurət olmadıqca şəxsi avtomobilinizdən istifadə etməyin.
  • Sosial şəbəkələrdə yanlış məlumatların yayılmasına şərait yaratmayın, yalnız rəsmi məlumatlara əsaslanın.
  • Karantin rejimi ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərə sözsüz əməl edin.
  • Xidmətdə olan polis əməkdaşlarının vəzifələrinin icrasına köməklik göstərin.
  • Unutmayın ki, karantin qaydalarına riayət etməklə özünüzün və doğmalarınızın həyat və sağlamlıqlarını qoruyursunuz.

Yadda saxlayın: Karantin qaydalarının pozulması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) əsasən inzibati məsuliyyətə səbəb olur.

Biz sizin üçün xidmətdəyik, Siz də bizim üçün evdə qalın