Daxili İşlər Nazirliyi muxtar respublika sakinlərinə müraciət edib

Müraciətdə deyilir: Dünyada pandemiya elan olunan virusun Naxçıvan Muxtar Respublikasında yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin effektivliyinin artırılması məqsədilə ciddi zərurət olmadan kəndlərdə yaşayan vətəndaşların rayon mərkəzlərinə, eyni zamanda rayonlardan Naxçıvan şəhərinə gəlməsinə 04 aprel 2020-ci il tarixdən məhdudiyyətlər tətbiq edilir. Muxtar respublika sakinlərindən xahiş olunur ki, xidməti işləri və səhhətləri ilə əlaqədar təxirəsalınmaz…

Naxçıvanda yeni meyvə bağları salınıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Ekoloji məsələlərə diqqət, münasibət, eyni zamanda, ölkənin ümumi siyasətinin, ümumi mədəniyyətinin təzahürüdür… Təbiət, ətraf mühit daimi sərvətdir… Bizim vəzifəmiz ondan ibarətdir ki, bunu qoruyaq. Özümüz üçün, gələcək nəsillər üçün, ölkəmizin yaşaması üçün qoruyaq”. Müasir dövrdə insanın təbiətlə qarşılıqlı əlaqəsi və ekoloji məsələlərə münasibəti cəmiyyətin inkişaf səviyyəsini göstərir. Muxtar respublikada…

Yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır
Muxtar respublikada yeni nasos stansiyaları tikilir, təzyiqli boru xətləri çəkilir

Bu gün muxtar respublikada iqtisadiyyatın digər sahələri kimi, meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması, müasir hidrotexniki qurğuların tikilməsi də diqqətdə saxlanılır. Torpaqların su təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafına, ən əsası isə əkinçilikdə yüksək məhsuldarlığın əldə olunmasına imkan verir. Nəticədə torpaq mülkiyyətçiləri, ailə təsərrüfatları və fermerlər bol məhsul istehsal edərək ərzaq təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak…