Şərur şəhərində yeni avtovağzal inşa olunacaq

Muxtar respublikada nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər görülür. Bu sahədə tədbirlər muxtar respublikanın bölgələrində də davam etdirilir, müasir standartlara cavab verən avtovağzallar tikilir, sərnişindaşıma xidməti müasir tələblər səviyyəsində qurulur. Aprelin 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur şəhərində inşa olunacaq avtovağzalın layihəsinə və tikinti aparılacaq əraziyə baxıb. Məlumat verilib ki, avtovağzal müasir…

“Çomaxtur” elektrik yarımstansiyası istifadəyə verilib

Muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Alternativ və bərpa olunan enerji mənbələrindən düzgün istifadə olunur, yeni elektrik stansiyaları tikilərək istifadəyə verilir, istehsalın həcmi artırılır. Elektrik enerjisinin istehsalı ilə yanaşı, onun istehlakçılara etibarlı və dayanıqlı çatdırılması da diqqət mərkəzində saxlanılır, yeni elektrik yarımstansiyaları tikilir.  Aprelin 12-də Şərur şəhərində “Çomaxtur” yarımstansiyası istifadəyə verilib.…

Rayonun 7 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulur

Şərur rayonunun kəndlərində aparılan geniş quruculuq işləri yol infrastrukturunu da əhatə edibdir. Bu il rayonun Xanlıqlar-Şərur şəhəri-Yengicə-Şəhriyar-Kürçülü-Kərimbəyli-Dəmirçi kənd avtomobil yolu yenidən qurulucaqdır. Aprelin 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda aparılan yenidənqurma işləri ilə maraqlanıb. Məlumat verilib ki, yenidən qurulan avtomobil yolu Şərur rayonunun 7 yaşayış məntəqəsini əhatə edir. 21 kilometr uzunluğundakı yola…

Şərur rayonu sosial iqtisadi inkişafın yeni mərhələsində
Rayonda geniş quruculuq işləri aparılır

Ümummilli liderimiz Heydər Əliyev deyib: “Şərur rayonunun imkanları böyükdür. Burada yaxşı torpaqlar var, çox fədəkar insanlar var. Arzu edirəm ki, Şəruru daha da abadlaşdırasınız, gözəlləşdirəsiniz…”.  Muxtar respublikanın ən böyük yaşayış məntəqəsi olan Şərur rayonunda kompleks inkişaf təmin edilibdir. Rayonda iqtisadiyyatın bütün sahələrinin inkişafı, yeni sənaye müəssisələrinin yaradılması, aqrar sahədə islahatların əhatə dairəsinin genişləndirilməsi əhali rifahını yüksəldib, məskunlaşma…