Dəstə kənd yolu yenidən qurulub

Sakinlərin rahatlığına xidmət edən quruculuq tədbirləri çərçivəsində Dəstə kənd avtomobil yolu da yenidən qurulub. Yanvarın 14-də avtomobil yolunun açılışı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, kənddə aparılan quruculuq işləri münasibətilə sakinləri təbrik edərək deyib: Ölkəmizdə ümummilli liderimiz Heydər Əliyevin siyasi xətti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla…

Həkim ambulatoriyasında müasir səhiyyə xidməti göstəriləcək

Muxtar respublikada müasir tibbi avadanlıqlarla təchiz olunmuş səhiyyə ocaqlarının inşası insanların sağlamlığının qorunması üçün geniş imkanlar açır. Yanvarın 14-də Dəstə kəndində həkim ambulatoriyasının açılışı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib. Məlumat verilib ki, ambulatoriya 11 otaqdan ibarətdir. Burada baş həkim, stomatoloji kabinə, fizioterapevtik kabinə, doğuş, peyvənd, mama, manipulyasiya,…

Dəstə Kənd Mərkəzinin açılışı olub

Yanvarın 14-də Dəstə Kənd Mərkəzinin açılışı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanıb. Bildirilib ki, 2 mərtəbəli binada dövlət qurumları əhaliyə səmərəli xidmət göstərəcəkdir. Mərkəzdə rabitə evi, polis sahə və baytarlıq məntəqələri, 8453 ədəbiyyat fonduna malik olan kitabxana, inzibati ərazi dairəsi…

2019-cu ildə ilk məktəb binası Dəstə kəndində istifadəyə verildi

Yanvarın 14-də Dəstə kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir. Qeyd olunmuşdur ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan 900 şagird yerlik məktəbdə 4-ü elektron lövhəli olmaqla, 49 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 3 kompüter otağı, müəllimlər…

Ötən ilin yekunları müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib

Dünən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində 2018-ci ildə polis orqanlarının cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinin nəticələri, 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilmişdir. İclası Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-leytenant Fazil Ələkbərov açaraq müzakirə olunan məsələ barədə məruzə etmişdir. Nazir bildirmişdir ki, beşinci…

Karate-do Federasiyasında ötən ilin yekunları müzakirə edilib

Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib. Yığıncaqda çıxış edən federasiyanın sədri Fazil Ələkbərov qeyd edib ki,  muxtar respublikada müxtəlif idman növləri üzrə fəaliyyət göstərən 12 idman federasiyasının hər birinə hərtərəfli dövlət qayğısı göstərilərək, işlərini yüksək səviyyədə qurmaları üçün tam şərait yaradılıb. Karate-do federasiyası bu qayğıdan bəhrələnərək 2018-ci ildə…

Naxçıvan Muxtar Respublikasında Yeni İl şənlikləri keçirilir

Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin təməlində sabitlik, inkişaf və tərəqqi dayanır. Muxtar respublikanın davamlı inkişafı da bu siyasi xəttin bəhrəsidir. İnsanların rahat yaşayışının təmin olunması, mühüm sosial infrastruktur tədbirlərinin həyata keçirilməsi ölkəmizdə insan amilinə verilən dəyərin daha bir ifadəsidir. Əldə olunan inkişaf və tərəqqiyə görə Naxçıvan Muxtar Respublikasında hər yeni il böyük ruh yüksəkliyi…

Naxçıvan şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı qeyd olunub

Yola saldığımız 2018-ci il müstəqil Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının tarixinə uğurlu inkişaf dövrü kimi daxil olub. Ötən il ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin davam etdirilməsi sosial-iqtisadi və ictimai-mədəni sahələrdə əlamətdar hadisələrlə yadda qalıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin muxtar respublikaya növbəti səfəri və bu zaman mühüm infrastruktur obyektlərinin istifadəyə verilməsi 2018-ci…