Naxçıvan şəhərindəki məscid kompleksinin inşası davam etdirilir

Naxçıvanın qədim dövlətçilik tarixi, zəngin mədəniyyəti və müasir inkişaf səviyyəsi İslam dəyərlərinə münasibətdə də özünü göstərir. Bu gün muxtar respublikanın inkişafında milli və mənəvi dəyərlərimizə qayıdış xüsusi yer tutur. Yeni məscidlər tikilir, dini-tarixi abidələr və ziyarətgahlar bərpa edilir. Hazırda Naxçıvan şəhərində yeni məscid kompleksinin inşası da bu sahədə görülən işlərin tərkib hissəsidir. Sentyabrın 5-də Naxçıvan…

Polis əməkdaşları arasında voleybol birinciliyi keçirilib

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları arasında voleybol üzrə birincilik keçirilib. Nazirliyin idman cəmiyyətinin zalında keçirilən yarışda 14 komandanın 122 idmançısı mübarizə aparıb. İki gün davam edən birinciliyin həll­edici qarşılaşmasında Daxili Qoşunların komandası ilə Şərur Rayon Polis Şöbəsinin komandası üz-üzə gəlib. İlk seti 28:26 hesablı qələbə ilə başa vuran Şərur təmsilçisi sonrakı setlərdə bu…

1991-ci il 3 sentyabr
Naxçıvandan başlanan müstəqillik yolu

Xalqın, millətin taleyində dahi şəxsiyyətlərin, siyasi liderlərin müstəsna rolu vardır. Məhz həmin şəxsiyyətlər xilaskarlıq missiyasını uğurla həyata keçirmiş,  zamanın tələblərini və obyektiv inkişaf tendensiyalarını vaxtında dərk edərək milli maraqları təmin etmiş, müdrik ideyaları millətin strateji inkişaf konsepsiyasına çevrilərək onun dünya miqyasında özünəməxsus yer tutmasına yol açmışdır. Azərbaycan xalqının böyük oğlu, ümummilli liderimiz Heydər Əliyev də…

Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub

Avqustun 19-da Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının uğurla başa çatması münasibətilə tələbə adını qazanan məzunları, onların valideynlərini və bütün təhsil ictimaiyyətini təbrik edərək deyib: Hər…

Naxçıvan Muxtar Respublikası Ali Məclisində qəbul

Avqustun 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının Naxçıvana yeni təyin olunmuş baş konsulu Seyid Əhməd Hüseynini qəbul edib. Ali Məclisin Sədri muxtar respublikada baş konsul kimi fəaliyyətə başlaması və Qurban bayramı münasibətilə Seyid Əhməd Hüseynini təbrik edib, dost və qonşu ölkələr olan Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı…

Naxçıvanda sosial qayğıya ehtiyacı olanlara fərdi yaşayış evləri, mənzillər və avtomobillər təqdim olunub

Avqustun 9-da – müqəddəs Qurban bayramı ərəfəsində Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı sağlamlıq imkanları məhdudlaşmış 2 nəfərə, hərbi xidmət vəzifəsinin icrası zamanı sağlamlığını itirmiş 2 şəxsə və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə fərdi yaşayış evi və mənzillər təqdim olunub, eyni zamanda, sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi…

Naxçıvanda yeni Günəş Elektrik Stansiyası tikiləcək

Muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələrində istifadə əsas yer tutur. Bu sahədə görülən işlərin davamı olaraq Kəngərli rayonunun Qabıllı kəndində yeni Günəş Elektrik Stansiyası tikiləcəkdir. Avqustun 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində Günəş Elektrik Stansiyasının inşası ilə bağlı müqavilə imzalanıb. Naxçıvan Muxtar Respublikası Baş Nazirinin müavini-maliyyə naziri Səbuhi Məmmədov, Dövlət Energetika Xidmətinin rəisi…

Kəngərli rayonunun Yurdçu kəndində qapalı suvarma şəbəkəsi istifadəyə verilib

Muxtar respublikada mütərəqqi suvarma şəbəkələrinin qurulması torpaq və su ehtiyatlarından səmərəli istifadəyə, eləcə də yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına səbəb olub. Son illər Babək, Culfa və Kəngərli rayonlarında 5 min hektara yaxın sahədə qapalı suvarma şəbəkəsi qurulub. Avqustun 8-də Kəngərli rayonunun Yurdçu kəndində yeni qapalı suvarma şəbəkəsinin açılışı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin…

Naxçıvan Beynəlxalq Hava Limanı üçün yeni uçuş-enmə zolağı tikilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Naxçıvan Beynəlxalq Hava Limanı üçün yeni uçuş-enmə zolağının inşası artan yük və sərnişin tələbatının ödənilməsinə, eləcə də muxtar respublikada mülki aviasiya sahəsində işlərin uğurla həyata keçirilməsinə imkan verəcəkdir. Avqustun 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov…

Polis əməkdaşlarımızdan 5 medal

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşları arasında Bakı şəhərində sambo üzrə ölkə  birinciliyi keçirilib. Birincilikdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları da iştirak ediblər. İdmançılarımız ölkə birinciliyində 5 müxtəlif əyarlı medal qazanmağa müvəffəq olublar. Belə ki, 62 kiloqram çəki dərəcəsində Elşən Qasımov, 68 kiloqram çəki dərəcəsində isə Rəşad Həsənov gümüş medal qazanıblar. Siruz Ramazanlı (62 kiloqram), Mahir Babayev (74 kiloqram) və Cavid Qasımlı (82…