Bayram tədbirləri keçirilib

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Orta İxtisas Polis Məktəbinin rəisi, polis polkovnik-leytenantı Kamil Məmmədəliyev açaraq müəllim kollektivini və kursantları bayramlar münasibətilə təbrik edib. Qeyd olunub ki, daxili işlər orqanlarının ixtisaslı kadrlarla komplektləşdirilməsini təmin etmək…