Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən iyunun 7-dən etibarən Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimləri başlayıb. İyunun 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov birgə döyüş…

Zabit-gizir ailələri üçün yeni yaşayış binası istifadəyə verilib

Muxtar respublikada ordu, birləşmə və hissələrin döyüş qabiliyyəti və maddi-texniki bazası gücləndirilməklə yanaşı, hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasoı da diqqətdə saxlanılır. İyunun 11-də Kəngərli rayonunun Qıvraq qəsəbəsindəki hərbi hissədə zabit-gizir ailələri üçün yeni yaşayış binası istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Azərbaycan Respublikasının…

Yeni istirahət parkı hərbçi ailələrinin rahatlığına xidmət edəcək

İyunun 11-də Qıvraq qəsəbəsində hərbçi ailələri və sakinlər üçün yeni istirahət parkı istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov parkda yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, 2 hektar sahəsi olan parkda sakinlərin və hərbçi ailələrinin istirahəti üçün…