Birinciliyə yekun vurulub
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları arasında keçirilən güc çoxnövçülüyü üzrə birinciliyə yekun vurulub. Nazirliyin idman cəmiyyətinin zalında keçirilən yarışda 16 komandanın 108 idmançısı mübarizə aparıb. İdmançılar iki növdə – ağırlıq daşlarını qaldırma və qol güləşində qüvvələrini sınayıblar. Yarışın bağlanış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-leytenant Fazil Ələkbərov bildirib ki, bu gün Naxçıvanda idman və gənclər siyasəti ulu öndər ideyalarının…