Çoxnövçülük üzrə birincilik

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları arasında güc çoxnövçülüyü üzrə birincilik keçirilib. Nazirliyin idman cəmiyyətinin zalında keçirilən yarışın məqsədi polis əməkdaşları arasında fiziki gücü, dözümlülüyü və dayanıqlılığı inkişaf etdirmək, həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində keçiriləcək güc çoxnövçülüyü üzrə yarışda iştirak edəcək idmançılar seçməkdən ibarət olub. Açılış mərasimində çıxış edən nazirliyin Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis polkovniki Rəşad Seyidov bildirib ki, bu gün muxtar respublika rəhbəri tərəfindən idmana və…

Kərimbəyli kəndində yeni xidmət mərkəzi sakinlərin istifadəsinə verilib

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kərimbəyli kəndində xidmət mərkəzinin də açılışını edib. Məlumat verilib ki, mərkəzdə 2 yerlik bərbərxana, 2 yerlik qadın gözəllik salonu, ət satışı yeri, ərzaq, sənaye, təsərrüfat malları mağazaları, elektrik avadanlıqlarının təmiri yeri, dərzi və anbar vardır. Burada xidmət sahələrinin fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb, 10 sakin…

Kərimbəyli kənd avtomobil yolu yenidən qurulub

Kərimbəyli kəndində aparılan tikinti işləri çərçivəsində kənd yolu da yenidən qurulub. Fevralın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov avtomobil yolunun açılışını edib. Məlumat verilib ki, 3700 metrlik kənd yolu genişləndirilərək asfalt örtük salınıb. Yolun üzərində hərəkət nişanları qoyulub, 25 su keçidi və 1129 metrlik beton kanal çəkilib. Kəndin daxilində 21 kilometrdən artıq…

Kərimbəyli kənd həkim ambulatoriyasında əhaliyə müasir səhiyyə xidməti göstəriləcək

Fevralın 7-də Kərimbəyli kəndində həkim ambulatoriyası istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, tibbi xidmətin təşkili ilə maraqlanıb. Məlumat verilib ki, lazımi tibbi avadanlıqlarla təchiz edilmiş ambulatoriya 8 otaqdan – baş həkim, stomatoloq üçün kabinə, fizioterapiya kabinəsi, doğuş, manipulyasiya, peyvənd, qeydiyyat otaqları və aptekdən ibarətdir. Həkim ambulatoriyasında stomatoloji…

Kərimbəyli Kənd Mərkəzi istifadəyə verilib

Fevralın 7-də Kərimbəyli Kənd Mərkəzinin açılışı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib. Məlumat verilib ki, kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, statistika otağı, klub, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv və 54 yerlik zal yerləşir. Kitabxanada 5789…

Kərimbəyli kənd tam orta məktəbinin açılışı olub

Fevralın 7-də Kərimbəyli kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib. Məlumat verilib ki, 270 şagird yerlik məktəbdə 2-si elektron lövhəli olmaqla 18 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter, müəllimlər, psixoloq otaqları, kitabxana və idman zalı vardır. Gənclərin…