Kərimbəyli kəndində aparılan tikinti işləri çərçivəsində kənd yolu da yenidən qurulub.

Fevralın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov avtomobil yolunun açılışını edib.

Məlumat verilib ki, 3700 metrlik kənd yolu genişləndirilərək asfalt örtük salınıb. Yolun üzərində hərəkət nişanları qoyulub, 25 su keçidi və 1129 metrlik beton kanal çəkilib. Kəndin daxilində 21 kilometrdən artıq yol hamarlanaraq qum-çınqıl qatı verilib, 135 metr daş hasar tikilib, 595 metr metal çəpər çəkilib, həyətlərə yeni qapılar qoyulub.