Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə yeni avtobuslar verilib

Muxtar respublikada müasir avtobusların alınaraq xəttə buraxılması və tələbata uyğun hərəkət qrafikinin seçilməsi sərnişindaşıma xidmətinin səviyyəsini xeyli artırıb. İyulun 12-də Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə 5 yeni avtobus təqdim olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib. Naxçıvan Muxtar Respublikasının nəqliyyat naziri Mirsənani Seyidov çıxış edərək deyib ki, muxtar…