Qıvraq qəsəbəsindəki hərbi hissədə zabit-gizir ailələri üçün yaşayış binası tikilir

Muxtar respublikada ordu quruculuğu sahəsində görülən işlər içərisində hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması xüsusi yer tutur. Hərbi hissələrdə istifadəyə verilən yeni yaşayış binaları zabit-gizir ailələrinin rahat yaşayışını təmin edir. Bu il də Kəngərli rayonunun Qıvraq qəsəbəsindəki hərbi hissədə zabit-gizir ailələri üçün yeni yaşayış binası tikilir. İyulun 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov…

Kəngərli rayonunda yeni yaşayış binası inşa olunur

Kəngərli rayonunun Qıvraq qəsəbəsi aparılan kompleks quruculuq işlərindən sonra müasir görkəm alıb. İstifadəyə verilən sosial obyektlər, yaradılan istehsal müəssisələri qəsəbənin simasını tamamilə dəyişib, sakinlərin rahat yaşayışı təmin olunub, məskunlaşma artıb. Həyata keçirilən tədbirlərin davamı olaraq bu il Qıvraq qəsəbəsində gənc ailələr üçün yeni yaşayış binası tikilir. İyulun 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri Vasif…

Qarabağlar Türbə Kompleksi bərpa olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il 4 iyul tarixli Sərəncamına uyğun olaraq Kəngərli rayonunun Qarabağlar kəndindəki türk-islam mədəniyyətinin nadir nümunələrindən olan Qarabağlar Türbə Kompleksi elmi və tarixi əsaslarla bərpa edilib. İyulun 5-də Qarabağlar Türbə Kompleksi bərpadan sonra istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri…