Qarabağlar Türbə Kompleksi bərpa olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il 4 iyul tarixli Sərəncamına uyğun olaraq Kəngərli rayonunun Qarabağlar kəndindəki türk-islam mədəniyyətinin nadir nümunələrindən olan Qarabağlar Türbə Kompleksi elmi və tarixi əsaslarla bərpa edilib. İyulun 5-də Qarabağlar Türbə Kompleksi bərpadan sonra istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri…

Günnüt kəndinin torpaqlarından səmərəli istifadə olunur

Günnüt kəndinin və ətraf ərazilərin ordumuzun nəzarəti altına keçməsi bu torpaqlardan səmərəli istifadə etməyə imkan yaradıb. Sərhəddə yerləşən bu yerlərin etibarlı müdafiəsi, zəngin bitki örtüyü arıçılıqla, maldarlıq və heyvandarlıqla məşğul olanlar üçün çox əlverişlidir. Artıq Şərur rayonunun Günnüt kəndinin ərazisində bu imkanlardan səmərəli istifadə edirlər. İyulun 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov…

Günnüt kəndində etibarlı müdafiə sistemi yaradılıb

Naxçıvan Muxtar Respublikasında ordu, birləşmə və hissələr üçün nümunəvi xidmət şəraiti yaradılıb. Güclü maddi-texniki təminat, yüksək xidmət şəraiti və xalq-ordu birliyi hərbi qulluqçuların döyüş əzmini daha da artırır. Ordumuz tərəfindən nəzarət altına götürülən Günnüt kəndində də etibarlı müdafiə sistemi qurulub. İyulun 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Günnüt kəndindəki hərbi hissədə olub,…

Muxtar respublikada taxıl biçini aparılır

Muxtar respublikada taxılçılığın inkişafı sahəsində kompleks tədbirlər görülür. Taxılçılıqla məşğul olan torpaq mülkiyyətçilərinə dövlət maliyyə dəstəyinin göstərilməsi, keyfiyyətli toxum sortları və texnikalarla təminatı bol məhsul istehsalına, biçin kampaniyasının vaxtında və itkisiz başa çatdırılmasına imkan verir. Cari ilin məhsulu üçün muxtar respublikada 32 min 483 hektar sahədə taxıl əkilib. Hazırda sahələrdə biçin aparılır. İyunun 30-da Naxçıvan…