Dövlət Sərhəd Xidmətinin Naxçıvan şəhər Qaraçuq ərazi dairəsindəki sərhəd dəstəsində yaradılan şəraitlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev mayın 16-da Dövlət Sərhəd Xidmətinin Naxçıvan şəhər Qaraçuq ərazi dairəsində Əmiraslan Əliyev adına Sərhəd Dəstəsində yaradılan şəraitlə tanış olub. Üçrəngli bayrağımızın Silahlı Qüvvələrdə ilk dəfə 1992-ci il avqustun 22-də Naxçıvan Sərhəd Dəstəsində qaldırılması, şimal və şimal-qərb sərhədlərimizdə ilkin zəruri infrastrukturların yaradılmasından tutmuş Dövlət Sərhəd Xidmətinin təşkilinə qədər…

Naxçıvan Müəllimlər İnstitunun yeni binası istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Naxçıvan Müəllimlər İnstitunun yeni binasının açılışında iştirak edib. Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi. Azərbaycanda ali təhsilin inkişafı da diqqətdə saxlanılır. Prezident İlham Əliyev ali təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə ciddi tədbirlər həyata keçirir. Ölkədə mövcud olan ali məktəblərin sırası genişləndirilir. Bu sırada Naxçıvan Müəllimlər İnstitutu…

Prezident İlham Əliyev Naxçıvan şəhər Qaraxanbəyli inzibati ərazi dairəsində 6 saylı tam orta məktəbin açılışını edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Naxçıvan şəhər Qaraxanbəyli inzibati ərazi dairəsində 480 şagird yerlik 6 saylı tam orta məktəbin açılışında iştirak edib. Dövlətimizin başçısı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin “Neft Azərbaycanın milli sərvətidir” deyimi yeni yüzillikdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tarixində başqa bir modeldə…

Prezident İlham Əliyev Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin açılışında iştirak edib. Son illərdə ölkəmizin ərazisində yeni kollektor və xətlərin, tullantı sutəmizləyici qurğuların tikintisi, mövcud xətlərin yenidən qurulması, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Prezident İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası sayəsində bu sahədə də əhəmiyyətli…

Naxçıvanda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət

Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına abidənin ətrafında aparılan abadlıq və yenidənqurma tədbirləri barədə məlumat verdi.

“Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin birinci mərhələsinin açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində “Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin birinci mərhələsinin açılışında iştirak edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına layihə ilə bağlı görülən işlər barədə məlumat verdi. Bildirildi ki, layihə üzrə tikinti işlərinin…

Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.

Naxçıvan Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qarşılayıb.

Hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlətimizin başçısı Naxçıvan Muxtar Respublikası hökumətinin üzvləri ilə görüşüb.

Naxçıvan şəhərində yeni sənayə müəssisəsi istifadəyə verilmişdir

Mayın 14-də “Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılmış tam avtomatlaşdırılmış plastik boru, profil və aksesuarların istehsalı müəssisəsi fəaliyyətə başlamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir. “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının sədri Vüqar Abbasov tədbirdə çıxış edərək demişdir ki, muxtar respublikada sahibkarlığın inkişafına hərtərəfli qayğı göstərilir. Müasir istehsal…

Polis əməkdaşları çoxnövçülük üzrə güclərini sınayıb

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları arasında xidməti çoxnövçülük üzrə birincilik keçirilib. 15 komandanın iştirak etdiyi birincilikdə 50-ə yaxın asayiş keşikçisi mübarizə aparıb. Polislər 100 və 1000 metr məsafəyə qaçış, turnikdə dartınma və aşma növləri üzrə yarışıblar. Yekunda, 100 metri Vəli Şirəliyev, 1000 metri Əli…

Ümummilli lider Heydər Əliyevə həsr olunmuş rəsm sərgisinin açılışı olub

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş rəsm sərgisi açılıb. Mayın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsm sərgisinə baxıb. Məlumat verilib ki, sərgidə 32 rəssamın Ulu Öndərə həsr olunmuş portretləri, Naxçıvan Muxtar Respublikasının tarixi abidələrini, təbiətini və müasir…