Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İsveç Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Mayın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İsveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım İnqrid Tersman ilə görüşüb. Səfiri Naxçıvanda görməyindən məmnunluğunu bildirən Ali Məclisin Sədri deyib ki,  Naxçıvan Muxtar Respublikası Azərbaycan-İsveç əlaqələrində iştirak edir, Naxçıvan Dövlət Universiteti isə TEMPUS və ERASMUS proqramları çərçivəsində İsveç universitetləri ilə əməkdaşlığa malikdir. Azərbaycanın Naxçıvan…

Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri mayın 16-da başa çatıb. Naxçıvan Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və hökumətin üzvləri yola saldılar.