Naxçıvanda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib

Azərbaycan xalqı insanın yaranışı və təbiətin oyanışı ilə bağlı təsəvvürlərini Novruz bayramında ümumiləşdirərək zəngin dəyərlər sistemi yaradıb. Novruz bayramı tarixi-mədəni keçmişimizə yüksək ehtiramın, milli dəyərlərimizə dərin bağlılığın ifadəsidir. Buna görədir ki, ulu öndərimiz Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dövrlərində Novruz ənənələrinin yaşadılması qayğısına qalıb, bu bayramı milli varlığımızın və müstəqil dövlətçiliyimizin rəmzinə çevirib. Ölkə Prezidenti…