İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin hərbi attaşesi Naxçıvan Muxtar Respublikasına səfərə gəlib

Martın 14-də İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin hərbi attaşesi Əli Seyf Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. Səfər çərçivəsində qonaq martın 15-də əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyində olub. Dahi şəxsiyyətin ömür yolunu əks etdirən dəyərli ekspozisiyada ulu öndərimizin uşaqlıq və gənclik dövrü, təhsil illəri,…