Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində ümummilli lider Heydər Əliyevin zəngin və çoxşaxəli irsinə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, dövlət himni səsləndirilmişdir. Tədbir iştirakçıları “Ümummilli lider Heydər Əliyev və Azərbaycan polisi” mövzusunda çıxış etmiş, ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən, Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, özünün təkmil dövlətçilik konsepsiyasında ədalət,…

Əlahiddə Çevik Polis Alayında ulu öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Aprelin 19-da Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan tədbir keçirilib. Əvvəlcə ulu öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib. Tədbiri giriş…