Naxçıvan Qarnizonu Qoşunları və Türkiyə Silahlı Qüvvələrinin idarəetmə orqanları ilə birgə taktiki-xüsusi təlim keçirilib

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən 21-23 iyun tarixlərində Naxçıvan Qarnizonu Qoşunları və Türkiyə Silahlı Qüvvələrinin idarəetmə orqanlarının birgə taktiki-xüsusi təlimi keçirilir. İyunun 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təlimi izləmişdir. Təlimdən əvvəl Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev “BAYRAQDAR-TB2” silahlı pilotsuz uçuş aparatının təqdimata…