Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyənin Baş Ombudsmanı ilə görüşüb
Noyabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Ali Məclisin Sədri qonaqları salamlayıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində göstərdiyi qardaşlıq dəstəyinə görə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana və türk xalqına hörmət və ehtiramını bildirib. Həmçinin Ali Məclisin Sədri Türkiyənin İzmir şəhərində…