Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə yeni xidməti avtomobillər və avadanlıqlar təqdim olunub

Bu gün muxtar respublikada əhalinin və ərazilərin fövqəladə hallardan qorunması sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir, Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazası gücləndirilir. Martın 4-də Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə yeni xidməti avtomobillər və avadanlıqlar təqdim olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib. Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar…

Daxili İşlər Nazirliyi əməkdaşlarından 6 medal

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman cəmiyyətində daxili işlər orqanlarının komandaları arasında çoxnövçülük üzrə ölkə birinciliyi keçirilib. Birincilikdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin komandası da iştirak edib. Nazirliyin İdman cəmiyyətinin rəisi, polis kapitanı Elməddin Abdullayevin rəhbərliyi ilə 6 idmançıdan ibarət komandamız muxtar respublikaya uğurlu nəticə ilə qayıdıb. Belə ki, komandamız, ümumilikdə, 6 medal qazanıb.…

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Beynəlxalq Şahmat Federasiyasının 90-cı konqresində iştirak edib

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov Beynəlxalq Şahmat Federasiyasının Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən 90-cı konqresində iştirak edib. 26 fevraldan başlayan konqres martın 1-də başa çatıb. Konqresdə “Şahmat Tacı” uğrunda keçiriləcək final oyununun yeri və təxmini tarixi açıqlanıb. Final görüşünün Dubayda “Expo-2020” çərçivəsində keçiriləcəyi və dekabr ayının sonlarında…

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində altıncı çağırış  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında qarşıya qoyulan vəzifələrlə əlaqədar kollegiya iclası keçirilib. Kollegiya iclasını  Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov açaraq sessiyadan irəli gələn vəzifələrlə əlaqədar məruzə edib. Nazir bildirib ki, fevralın 24-də altıncı çağırış  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası…