Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə yeni xidməti avtomobillər və avadanlıqlar təqdim olunub

Bu gün muxtar respublikada əhalinin və ərazilərin fövqəladə hallardan qorunması sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir, Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazası gücləndirilir. Martın 4-də Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə yeni xidməti avtomobillər və avadanlıqlar təqdim olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib. Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar…

Daxili İşlər Nazirliyi əməkdaşlarından 6 medal

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman cəmiyyətində daxili işlər orqanlarının komandaları arasında çoxnövçülük üzrə ölkə birinciliyi keçirilib. Birincilikdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin komandası da iştirak edib. Nazirliyin İdman cəmiyyətinin rəisi, polis kapitanı Elməddin Abdullayevin rəhbərliyi ilə 6 idmançıdan ibarət komandamız muxtar respublikaya uğurlu nəticə ilə qayıdıb. Belə ki, komandamız, ümumilikdə, 6 medal qazanıb.…