Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Beynəlxalq Şahmat Federasiyasının 90-cı konqresində iştirak edib

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov Beynəlxalq Şahmat Federasiyasının Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən 90-cı konqresində iştirak edib. 26 fevraldan başlayan konqres martın 1-də başa çatıb. Konqresdə “Şahmat Tacı” uğrunda keçiriləcək final oyununun yeri və təxmini tarixi açıqlanıb. Final görüşünün Dubayda “Expo-2020” çərçivəsində keçiriləcəyi və dekabr ayının sonlarında…