Naxçıvanda sosial qayğıya ehtiyacı olanlara fərdi yaşayış evləri, mənzillər və avtomobillər təqdim olunub

Avqustun 9-da – müqəddəs Qurban bayramı ərəfəsində Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı sağlamlıq imkanları məhdudlaşmış 2 nəfərə, hərbi xidmət vəzifəsinin icrası zamanı sağlamlığını itirmiş 2 şəxsə və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə fərdi yaşayış evi və mənzillər təqdim olunub, eyni zamanda, sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi…

Naxçıvanda yeni Günəş Elektrik Stansiyası tikiləcək

Muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələrində istifadə əsas yer tutur. Bu sahədə görülən işlərin davamı olaraq Kəngərli rayonunun Qabıllı kəndində yeni Günəş Elektrik Stansiyası tikiləcəkdir. Avqustun 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində Günəş Elektrik Stansiyasının inşası ilə bağlı müqavilə imzalanıb. Naxçıvan Muxtar Respublikası Baş Nazirinin müavini-maliyyə naziri Səbuhi Məmmədov, Dövlət Energetika Xidmətinin rəisi…