Dövlət qurumları üçün müasir iş şəraiti yaradılıb
Yeni istifadəyə verilən binada Heydərabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Heydərabad bələdiyyəsi və Sədərək rayon Gigiyena və Epidemiologiya Mərkəzi üçün iş otaqları ayrılıb, xidmət mərkəzi fəaliyyətə başlayıb. Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlət qurumları və xidmət mərkəzi üçün yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, Heydərabad qəsəbə inzibati ərazi…