Dövlət qurumları üçün müasir iş şəraiti yaradılıb

Yeni istifadəyə verilən binada Heydərabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Heydərabad bələdiyyəsi və Sədərək rayon Gigiyena və Epidemiologiya Mərkəzi üçün iş otaqları ayrılıb, xidmət mərkəzi fəaliyyətə başlayıb. Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlət qurumları və xidmət mərkəzi üçün yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, Heydərabad qəsəbə inzibati ərazi…

Sosial himayəyə ehtiyacı olanlara mənzillər təqdim olunub

İyulun 2-də Sədərək rayonunda 1 şəhid ailəsinə, sağlamlıq imkanları məhdud 2 Azərbaycan Vətən Müharibəsi iştirakçısına və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə yeni mənzillər təqdim olunub. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək deyib ki, muxtar respublikada Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı…

Ulu öndər Heydər Əliyev siyasi xəttinin bəhrəsi – müasir Sədərək
Heydərabad qəsəbəsində yeni yaşayış binası istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sədərək rayonuna səfəri zamanı deyib: “Biz güclü dövlət qururuq. Bu dövlətin təməlini ulu öndər Heydər Əliyev qoymuşdur. Onun zəhməti, yorulmaz fəaliyyəti, müdrik siyasəti nəticəsində bu gün Azərbaycan böyük zirvələri fəth etməyə nail olub”. Sədərək rayonunun yaranması və inkişafı da ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ölkəmizə…

2 iyul Azərbaycan Polisi Günüdür

Hüquq-mühafizə sistemi müstəqil dövlətin ən mühüm təsisatlarındandır. Dövlətin mühafizəsi, vətəndaşların hüquq və azadlıqlarının təminatı, hüquqi cəmiyyət quruculuğu məsələləri bu sistemin inkişafı ilə birbaşa bağlıdır. Dövlət yаlnız mükəmməl hüquqа əsаslаnаndа güclü olur, vətəndаş yаlnız demokrаtik və ədаlətli hüquqlаrlа əhаtə olunаndа аzаd olur. Аzərbаycаnın dövlətçilik tаrixində bu ənənələr dаim əsаs götürülmüşdür. Hüquq-mühаfizə sistemində polisin rolu isə bütün…

Veteranlar Şurasının ilk hesabat yığıncağı olub

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Veteranlar Şurasının 2019-cu ilin birinci yarısında gördüyü işlər və qarşıda duran vəzifələrlə bağlı nazirlikdə ümumi yığıncağı keçirilib. Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov, nazirlik aparatının aid xidmətlərinin, şəhər, rayon polis idarə, şöbələrinin, ictimai təhlükəsizlik bölmələrinin rəisləri və polis veteranlarının iştirak etdikləri yığıncaqda şuranın sədri, istefada olan polis polkovniki Yusif…

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Ukraynanın ölkəmizdəki səfiri ilə görüşüb

İyulun 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski ilə görüşüb. Ali Məclisin Sədri səfiri muxtar respublikada görməkdən məmnunluğunu ifadə edib. Vladislav Kanevski Naxçıvana səfərə mühüm əhəmiyyət verdiklərini bildirib, göstərilən diqqətə görə minnətdarlıq edib. Ölkələrimiz arasındakı ikitərəfli münasibətlərdən danışan səfir Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafını…