Babək Rayon Elektrik Şəbəkəsinin inzibati binası və yarımstansiyası istifadəyə verilib

Muxtar respublikanın davamlı inkişafını xarakterizə edən amillərdən biri də enerji təhlükəsizliyinin təmin olunması və müasir elektroenergetika infrastrukturunun yaradılmasıdır. Elektrik enerjisinin istehsalı ilə yanaşı, onun istehlakçılara etibarlı və itkisiz çatdırılması da əsas məsələlərdəndir. İyunun 7-də Babək Rayon Elektrik Şəbəkəsinin yeni inzibati binası və yarımstansiyası istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində…

Naxçıvanda müasir ağacyetişdirmə sahəsi – “İqlim otağı” fəaliyyətə başlayıb

İyunun 7-də Naxçıvan Yaşıllaşdırma Xidməti üçün yeni ağacyetişdirmə sahəsi – “İqlim otağı” istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib. Naxçıvan Yaşıllaşdırma Xidmətinin direktoru Səyahət İmanov çıxış edərək deyib ki, muxtar respublikada yaşıllıqların sahəsi ilbəil artırılır, yeni meyvə bağları salınır. Bu da tingçilik təsərrüfatlarının inkişafını zərurətə çevirib. Xüsusilə müxtəlif…

2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına əyani təhsil üzrə kursantların qəbuluna dair (ELAN)

Azərbaycan Respublikası daxili işlər nazirliyi xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasında “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə əyani təhsilə 25 kursantın qəbulu üçün müsabiqə elan edir. Müsabiqədə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində l ixtisas qrupunun fənləri üzrə keçirilmiş imtahandan 400-dən yuxarı bal toplamış, Azərbaycan dilini sərbəst bilən, boyu azı 170 sm, çağırışçı kimi Azərbaycan Respublikasının Səfərbərlik…