Xidmət mərkəzində sakinlərin gündəlik tələbatı ödəniləcək
Oktyabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Yuxarı Buzqov kəndində xidmət mərkəzinin də açılışını edib. Məlumat verilib ki, mərkəzdə bərbərxana, anbar, ərzaq və təsərrüfat malları mağazaları vardır. Burada 2 sakin işlə təmin olunub. Xidmət mərkəzi ilə tanışlıqdan sonra sakinlərlə görüş olub. Kənd sakini Abbas Ələkbərov minnətdarlıq edərək deyib: Ali Məclis Sədrinin Babək…