Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsi heyətinə
Hörmətli həmkarlar! Sizi Milli Qurtuluş Günü münasibətilə ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram. Ümummilli lider Heydər Əliyevin xalqın xilası missiyasını öz üzərinə götürdüyü 1993-cü il iyunun 15-i dövlətçilik tariximizin ən şanlı və parlaq səhifələrindən biridir. Ölkəmizin taleyində dönüş anı olan həmin dövrdə ayrı-ayrı silahlı dəstələrin kriminal əməlləri, vətəndaş müharibəsi, separatçılıq və parçalanma meyilləri kimi…