Daxili İşlər Nazirliyində “Heydər Əliyev ili”nə həsr olunmuş tədbirlər davam edir.
Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə mayın 6-da Daxili İşlər Nazirliyinin rəhbər heyəti, əməkdaşları və hərbi qulluqçuları Fəxri Xiyabana gələrək Ulu Öndərin abidəsi önünə çiçək dəstələri düzüblər. Görkəmli oftomoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib. Sonra Nazirlikdə ümummilli liderin yubileyinə…