“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının əsgər yataqxanası və idman kompleksi istifadəyə verilib

Sərhədlərin etibarlı mühafizəsi dövlət müstəqilliyinin əsas şərtlərindəndir. Bu gün muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasını da əhatə etmişdir. Dövlət qayğısı nəticəsində diviziyanın maddi-texniki bazası möhkəmləndirilib, bütün sərhəd zastavalarında şəxsi heyət üçün yüksək xidmət və məişət şəraiti yaradılıb. Mayın 14-də “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında əsgər yataqxanası və idman kompleksi yenidənqurma…

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinə 6 yeni elektrobus gətirilib

“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada şəhərdaxili və rayonlararası nümunəvi sərnişindaşıma xidməti həyata keçirilir, müasir avtobuslar və elektrobuslar alınaraq xəttə buraxılır. Bu da vətəndaşların rahatlığına, eləcə də ekoloji təhlükəsizliyə xidmət edir. Mayın 13-də “Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsinə 6 yeni elektrobus təqdim olunmuşdur. Naxçıvan…

İnformasiya təhlükəsizliyinin təminatı üzrə seminar-müşavirə

Naxçıvan Şəhər Orta İxtisas Polis Məktəbində keçirilən seminar-müşavirəni giriş sözü ilə açan məktəbin rəisi, polis polkovniki Kamil Məmmədəliyev qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 6 aprel 2022-ci il tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası dövlət qurumlarında informasiya təhlükəsizliyinin təminatı üzrə nümunəvi təlimat təsdiq edilib. Həmin qərardan irəli gələn tələblərin icrasını təmin etmək məqsədilə…

Şərur Sənaye Məhəlləsində tikinti işləri davam etdirilir

Muxtar respublikada sənayenin inkişafı diqqət mərkəzindədir. Həyata keçirilən tədbirlər və mövcud şərait bu sahə üzrə sahibkarlığın inkişafına, iri sənaye komplekslərinin və istehsal sahələrinin yaranmasına imkan verir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 13 sentyabr tarixli müvafiq Fərmanına əsasən Şərur Sənaye Məhəlləsinin yaradılması iqtisadiyyatın və innovativ inkişafın sürətlənməsinə, rəqabətədavamlı məhsul istehsalına töhfə verəcəkdir.  Həmin gün Naxçıvan Muxtar…

Şərur Rayon Mədəniyyət Sarayı istifadəyə verilib

Mayın 10-da Şərur Rayon Mədəniyyət Sarayı istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib. Şərur Rayon Mədəniyyət Şöbəsinin müdiri Abbas Musayev çıxış edərək deyib ki, bu gün muxtar respublikada mədəniyyətin hərtərəfli inkişafı təmin edilib. Son illər mədəniyyət müəssisələri üçün yeni binaların istifadəyə verilməsi, mədəni irsimizin qorunması, yeni muzeylərin,…

Ulu öndər Heydər Əliyev siyasətinin bəhrələri: davamlı inkişaf, yüksək rifah

Ümummilli liderimiz Heydər Əliyev deyib: “Şərur rayonunun imkanları böyükdür… Arzu edirəm ki, buranı daha da abadlaşdırasınız, gözəlləşdirəsiniz və iqtisadiyyatını daha da inkişaf etdirəsiniz”. Bu gün ulu öndərin arzuları reallığa çevrilib. Muxtar respublikanın davamlı sosial-iqtisadi inkişafı Şərur rayonunu da yeni inkişaf mərhələsinə çıxarıb. Rayon mərkəzində və kəndlərdə aparılan geniş quruculuq işləri, yaşayış səviyyəsinin yüksəlməsi, yeni iş yerlərinin açılması…

Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd olunub

 Mayın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, xidmət və baş idarələrin,…

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Mayın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikasının Ərzurum Atatürk və Van Yüzüncü İl universitetlərinin rektorları ilə görüşüb. Ali Məclisin Sədri qonaqları salamlayıb, vaxtilə hər iki universitetdə olduğunu xatırladıb. Azərbaycan-Türkiyə əlaqələrindən bəhs edən Ali Məclisin Sədri təhsil sahəsindəki əməkdaşlığa diqqəti çəkib, Naxçıvanda Türkiyədən olan tələbələrin təhsil aldığını bildirib, universitetlər arasında qarşılıqlı…

Naxçıvanda faşizm üzərində Qələbənin 77-ci ildönümü qeyd olunub

1941-1945-ci illər müharibəsində faşizm üzərində qazanılan tarixi Qələbənin 77-ci ildönümü Naxçıvan Muxtar Respublikasında qeyd olunub. Mayın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Xatirə Kompleksinə gəlib, veteranlarla görüşüb, onları qələbə münasibətilə təbrik edib. Sonra Ali Məclisin Sədri abidə önünə gül dəstəsi qoyub, müharibədə həlak olan azərbaycanlıların xatirəsinə ehtiramını bildirib. Naxçıvan Muxtar Respublikası…

Naxçıvanda “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda konfrans keçirilib

Mayın 7-də Naxçıvan Dövlət Milli Dram Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyi münasibətilə “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda konfrans keçirilib. Konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoyub, Heydər Əliyev Muzeyinə gələrək dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Naxçıvan Muxtar…