Naxçıvan Beynəlxalq Hava Limanında yeni teleskopik trapın və maşın-mexanizmlərin təqdimatı olub

Naxçıvan Beynəlxalq Hava Limanının maddi-texniki bazası gücləndirilmiş, yerli və beynəlxalq uçuşların təhlükəsiz təşkili təmin olunmuşdur. Xüsusilə aparılan quruculuq işləri, müasir infrastrukturun yaradılması hava limanında xidmətin səviyyəsini xeyli yüksəltmişdir. İyunun 28-də Naxçıvan Beynəlxalq Hava Limanında yeni teleskopik trapın və maşın-mexanizmlərin təqdimatı olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov hava limanında aparılan tikinti-quraşdırma işləri ilə…