Cəhri-Gərməçataq kənd avtomobil yolu yenidən qurulur
Həmin gün Ali Məclisin Sədri Cəhri-Gərməçataq kənd avtomobil yolunda görülən yenidənqurma işləri ilə də maraqlanmışdır. Məlumat verilmişdir ki, ümumi uzunluğu 20 kilometr olan yolun Cəhri qəsəbəsindən keçən hissəsində yol yatağı genişləndirilir, səki salınır, işıqlandırma dirəkləri qurulur. Yolda 5400 metr beton su kanalının çəkilməsi nəzərdə tutulmuşdur. Qəsəbə mərkəzində infrastruktur yenilənmiş, yol kənarındakı yararsız hasarlar sökülərək yenisi…