Naxçıvanda 13 şəhid ailəsinə mənzil təqdim olunub
İyunun 26-da – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günündə İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə yeni mənzillər təqdim olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Azərbaycanın suverenliyi, müstəqilliyi və torpaqlarının müdafiəsi yolunda şəhid olanlar bizim ən əziz insanlarımızdır. Onların qəhrəmanlıqları, Azərbaycan xalqı qarşısındakı böyük xidmətləri heç vaxt unudulmayacaqdır. Eyni…