Qürurla anırıq!

Hər bir xalqın tarixində mühüm rol oynamış şəxsiyyətlər olur. Hansı ki həmin şəxsiyyətlər tarixin müəyyən bir zamanında ölkəsini, xalqını tarixin ən ağır sınaqlarından çıxararaq əbədiyyət zirvəsinə ucalırlar. Azərbaycanın şanlı səhifələrlə dolu müstəqillik tarixinin müəllifi, xalqımızın xilaskarı və qurucu lideri Heydər Əliyev də belə dahilərdəndir.

Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsi yad edilib

Dekabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, xidmət, şirkət və baş idarələrin,…

Kəngərli rayonunda telekommunikasiya sistemi və Rabitə Evi istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev informasiya-kommunikasiya texnologiyalarının prioritet sahə olduğunu bildirərək demişdir: “Hər bir ölkənin uğurlu, dayanıqlı inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları sahəsi həlledici rol oynayacaqdır. Mən çox şadam ki, biz bu istiqamətdə bütün işləri planlı, məqsədyönlü şəkildə aparırıq”. Bu gün muxtar respublikada rabitə və yeni texnologiyaların inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Yaşayış məntəqələri…

Tarixi ədaləti bərpa edənlər əbədi yaşayacaqlar

Vətən müharibəsində xalqımızın qazandığı şanlı qələbə ulu öndərin yolunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. 30 il işğal altında olan torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası müstəqilliyimizin əbədi olduğunu bir daha təsdiq etdi. Bu mənada Vətən müharibəsi Azərbaycan tarixinin şanlı zəfər salnaməsidir. Bu salnaməni xalqımızın igid və mərd oğulları qanları…

Vətən, millət yolunda canından keçənlər unudulmur

Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən əziz, ən qiymətli nailiyyətdir və bu nailiyyəti – dövlət müstəqilliyimizi biz daim qoruyub saxlayacağıq”. Azərbaycan xalqının ölkə başçısı cənab İlham Əliyevin və ordumuzun ətrafında sıx birləşərək ərazi bütövlüyümüz uğrunda mübarizəsi müstəqilliyimizin əbədi və sarsılmaz olduğunu bir daha təsdiq etdi. Vətən müharibəsində tarixi qələbənin qazanılmasında mərd oğullarımızın…

Yeni torpaqlar əkin dövriyyəsinə qatılır

Əkinçiliyin inkişafı sahəsində həyata keçirilən tədbirlər sırasında müasir yeni irriqasiya sistemlərinin qurulması mühüm əhəmiyyət daşıyır. Hər il muxtar respublikada bu istiqamətdə silsilə tədbirlər görülür, mütərəqqi suvarma şəbəkələri tikilir, yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır. Su təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafı ilə yanaşı, torpaq ehtiyatlarının qorunmasına da şərait yaradır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci…

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yaralı hərbçilərlə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaqdır. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir… Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq”. Muxtar respublikada Vətən müharibəsində iştirak edən və yaralanan hərbçilərin müalicəsinə xüsusi diqqət yetirilir. Noyabrın 27-də Naxçıvan Muxtar Respublikası Ali…

Naxçıvanda şəhidlərə böyük ehtiram göstərilir
Vətən yolunda şəhid olanlar əbədiyaşardırlar

Şanlı tariximizə yazılan Vətən müharibəsi Azərbaycan xalqının mübarizliyini və yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi. 30 il ərzində sülh yolu ilə geri alınmasına nail ola bilmədiyimiz torpaqlarımız ölkə başçısı, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli ordusu tərəfindən 44 gün ərzində düşməndən azad edildi. Çünki bu, bizim haqq işimiz idi. Ümummilli…

Culfa rayonunda Külək-Günəş Hibrid Elektrik Stansiyası tikilir

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Culfa rayonunun ərazisində tikilən 1 meqavatlıq Külək-Günəş Hibrid Elektrik Stansiyasında görülən işlərlə maraqlanıb. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev bildirib ki, ərazidə günəş panellərinin yerləşdirilməsi üçün dəmir strukturlar quraşdırılıb, külək turbinlərinin bünövrəsi qoyulur. Həmçinin burada yarımstansiya tikilir. Ali Məclisin Sədri ərazinin çəpərlənməsi,…

Culfa şəhərində 11 yaşayış binası yenidən qurulub

Noyabrın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri Vasif Talıbov Culfa şəhərində yenidənqurmadan sonra istifadəyə verilən yaşayış binalarında görülən işlərlə tanış olub. Məlumat verilib ki, 11 yaşayış binası yenidən qurulub, həyətləri abadlaşdırılıb, binaların ətrafındakı yollara asfalt qatı verilib. Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev yaradılan şəraitə görə rayon sakinləri adından minnətdarlıq edib. Ali Məclisin Sədri…