Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində altıncı çağırış  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında qarşıya qoyulan vəzifələrlə əlaqədar kollegiya iclası keçirilib. Kollegiya iclasını  Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov açaraq sessiyadan irəli gələn vəzifələrlə əlaqədar məruzə edib. Nazir bildirib ki, fevralın 24-də altıncı çağırış  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası…

Naxçıvanda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Fevralın 26-da Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə kompleksində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov abidə önünə tər güllər qoyub, Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib. Nazirlik, komitə, idarə, müəssisə və təşkilatların rəhbərləri, hərbi hissələrin komandirləri, ictimaiyyətin nümayəndələri də abidə önünə gül qoyublar. Sonra…

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun ÇIXIŞI

Hörmətli deputatlar və sessiya iştirakçıları! Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ötən çağırışdakı fəaliyyəti dövründə ulu öndər Heydər Əliyev siyasi xətti muxtar respublikada inkişafın əsas hərəkət­verici qüvvəsinə çevrilmiş, ərzaq, enerji və müdafiə təhlükəsizliyinin təmin olunması sahəsində mühüm işlər görülmüşdür. Nəzərdə tutulan proqramlar vaxtında icra olunmuş, yeni infrastruktur, istehsal və emal sahələri, sosial-mədəni obyektlər yaradılmış, ordu quruculuğuna…

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilmişdir

Fevralın 24-də altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucalan abidəsini ziyarət etmiş, abidə önünə tər güllər düzüblər. Sonra sessiya öz işinə başlayıb. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev çıxış…

Naxçıvan yenə də sabitlik və inkişafı – Vasif Talıbovu seçdi

Bu gün – fevralın 24-də keçirilən altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında  Vasif  Talıbov yenidən Ali Məclisin Sədri seçildi. Bu seçim həm də fevralın 9-da keçirilən parlament  seçkilərində seçicilərin böyük etimadını qazanaraq ölkə üzrə namizədlər arasında ən yüksək nəticə göstərən (94,6 faiz) cənab Vasif Talıbova muxtar respublika sakinlərinin dərin inam və etimadının…

Naxçıvanda İran İslam Respublikasının yaranmasının 41-ci ildönümü münasibətilə tədbir keçirilib

Fevralın 11-də İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğu İran İslam Respublikasının yaranmasının 41-ci ildönümü – İslam İnqilabı Günü münasibətilə rəsmi qəbul təşkil etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsmi qəbulda iştirak etmişdir. Tədbirdə Azərbaycan Respublikasının və İran İslam Respublikasının Dövlət himnləri səsləndirilmiş, “Qurani-Kərim”dən ayələr oxunmuşdur. İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Seyid…

Xalqın sevgisi RƏHBƏRİN qələbəsidir

Bəzi yazılar vardır ki, sadəcə duyğu ilə yazılır. Həmin yazılarda rəqəmlərə, statistikaya, sözçülüyə gərək yoxdur. Çünki yazının mövzusu hər bir insanın yaşadığı real həyatın lap özü olur. Kiməsə nəyisə göstərməyə, sadalamağa ehtiyac yoxdur. Sadəcə xatırlatmaq kifayətdir. 9 fevral Azərbaycan Respublikası Milli Məclisinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə növbəti seçkilər günü kimi tarixə çevrildi. Bu…

Muxtar Respublikada seçkilər yüksək təhlükəsizlik şəraitində keçirilmişdir.

9 fevral 2020-ci il tarixdə muxtar respublikada Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilən seçkilərdə təhlükəsizlik tədbirləri və ictimai asayiş yüksək səviyyədə təmin olundu. Seçki günü daxili işlər orqanlarına ictimai asayişin pozulmasına dair və ya  seçkilərin keçirilməsinə xələl gətirən hər hansı müraciət daxil olmamış, seçkilər yüksək təhlükəsizlik şəraitində keçirilmişdir. Daxili İşlər…

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan şəhərindəki 4-15 saylı seçki məntəqəsində səs verib

2020-ci il fevralın 9-u ölkəmizdə Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər günüdür. Muxtar respublikada seçkilərin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün zəruri tədbirlər görülüb, məntəqələrdə veb-kameralar quraşdırılıb, müşahidəçilər üçün yerlər ayrılıb. Azərbaycan Respublikasının Milli Məclisinə muxtar respublikada fəaliyyət göstərən 7 seçki dairəsi üzrə yaradılmış 316 seçki məntəqəsindən 25 namizəd, Naxçıvan Muxtar…

Naxçıvanda sahibkarlarla görüş olmuşdur

Fevralın 6-da Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüşü olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: Müasir dövrdə ölkələrin qarşısında duran əsas vəzifələrdən biri də sahibkarlığın inkişafıdır. Bu amilin vacibliyini daim ön planda saxlayan ümummilli liderimiz Heydər Əliyev deyirdi ki: “Sahibkarlığın…