Qarabürc kənd avtomobil yolu yenidən qurulub

Noyabrın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qarabürc kənd avtomobil yolunda aparılan yenidənqurma işləri ilə tanış olub. Bildirilib ki, 1,8 kilometrlik olan avtomobil yolu yenidən qurulub, asfalt örtük salınıb. Eyni zamanda 1,1 kilometr uzunluğundakı kənddaxili yollara qum-çınqıl qatı verilib. Tikinti aparılarkən yolun üzərində 27 su keçidi qoyulub, 1056 metr uzunluğunda beton su kanalı çəkilib.…

Xidmət mərkəzində 3 sakin işlə təmin olunub

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xidmət mərkəzində görülən işlərlə də tanış olub. Məlumat verilib ki, xidmət mərkəzində bərbərxana, ət satışı yeri və ərzaq malları mağazası yerləşir. Burada xidmət sahələrinin fəaliyyəti üçün nümunəvi şərait yaradılıb, 3 sakin işlə təmin olunub. Mağazada istehlakçıların gündəlik tələbatı nəzərə alınır, daha çox yerli kənd təsərrüfatı məhsullarının…

Qarabürc Kənd Mərkəzi fəaliyyətə başlayıb

Noyabrın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qarabürc Kənd Mərkəzində görülən işlərlə maraqlanıb. Məlumat verilib ki, Qarabürc Kənd Mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə, baytarlıq məntəqəsi, polis sahə məntəqəsi, kitabxana, poçt bölməsi, klub və 38 yerlik zal yerlə­şir. Kitabxana fondunda 2 min 735 kitab vardır. Ali…

Şərur rayonunun Qarabürc kəndi müasir yaşayış məntəqəsinə çevrilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Ulu öndər Heydər Əliyevin fəaliyyəti və siyasəti nəticəsində biz bugünkü Azərbaycanı, möhkəm təməl üzərində qurulmuş dövləti görürük. Bu gün dövlətimiz onun siyasəti əsasında uğurla inkişaf edir”. Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsi Naxçıvan Muxtar Respublikasını davamlı inkişaf yoluna çıxarıb, yaşayış məntəqələri müasirliyə qovuşub. Kəndlərin inkişafına göstərilən qayğı,…