Naxçıvanda “Arıçılıq məhsulları-bal festivalı” keçirilib
Naxçıvanda arıçılığın qədim ənənələri vardır. Bu gün də muxtar respublikada arıçılıq inkişaf etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 noyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası bu sahəyə marağı artırmış, yeni arıçılıq təsərrüfatları yaranmış, festival ənənəsi formalaşmışdır. Sentyabrın 26-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey…