“Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün müasir iş şəraiti yaradılıb

Ölkə Prezidenti cənab İlham Əliyev informasiya texnologiyalarının əhəmiyyətini qeyd edərək deyib: “Bu gün müasir texnologiyalar olmadan heç bir dövlət normal inkişaf etməyə qadir deyildir”. Muxtar respublikada sosial-iqtisadi həyatın bütün sahələrində yeni texnologiyalar geniş tətbiq olunur. Bu sahənin maddi-texniki bazasının gücləndirilməsi əhalinin informasiya-kommunikasiya texnologiyalarına çıxış imkanlarını yaxşılaşdırıb, bütün yaşayış məntəqələri fiber-optik xətt və sürətli internetlə təmin…