Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə yeni texnikalar təqdim olunub
Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər sırasında meliorasiya və irriqasiya sistemlərinin müasirləşdirilməsi xüsusi yer tutur. Torpaq və su ehtiyatlarından səmərəli istifadə, yeni hidrotexniki qurğuların və mütərəqqi suvarma şəbəkələrinin qurulması əkinçilik üçün geniş imkanlar açıb. Muxtar respublikada hər il meliorativ tədbirlərin miqyası genişləndirilir, yüz hektarlarla torpaq sahəsi əkin dövriyyəsinə qatılır, maddi-texniki baza gücləndirilir.…