Culfa rayonunda Yeni Nəsil Telekommunikasiya Sistemi və Rabitə Evi istifadəyə verilib

Muxtar respublikada informasiya-kommunikasiya sisteminin təkmilləşdirilməsi və yeni texnologiyaların tətbiqi sahəsində kompleks tədbirlər həyata keçirilir. Maddi-texniki bazanın gücləndirilməsi iqtisadiyyatın bütün sahələrində yeni texnologiyaların uğurla tətbiqinə, yaşayış məntəqələrində poçt-rabitə xidmətlərinin səviyyəsinin yüksəldilməsinə səbəb olub. Hazırda muxtar respublikanın ən ucqar dağ kəndi də sürətli internetlə təmin olunub, sakinlərin yeni texnologiyaların imkanlarından və müasir rabitə xidmətindən istifadəsinə lazımi şərait yaradılıb.…

Culfa şəhərinin Heydər Əliyev prospekti yenidən qurulub

Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Biz müstəqillik şəraitində həyatımızın bütün sahələrini vətəndaşlarımızın tələbatına uyğun olaraq inkişaf etdirməli, qurub yaratmalıyıq”. Bu gün muxtar respublikanın şəhər, rayon, qəsəbə və kəndlərini əhatə edən inkişaf, sabitlik və rifah ümummilli liderin siyasi xəttinin bəhrəsidir. Culfa şəhərində və rayonun kəndlərində aparılan quruculuq işləri insan amilinə verilən dəyəri ifadə edir. Rayonda…