Naxçıvanda pandemiya ilə mübarizə sahəsində görülən işlər müzakirə olunub
Səhiyyə müəssisələrinə yeni tibbi avadanlıqlar təqdim edilib

Mayın 14-də Naxçıvan Muxtar Respublikasında pandemiya ilə mübarizə sahəsində görülən işlərlə bağlı tədbir keçirilib, bu məqsədlə alınan yeni tibbi avadanlıqlar muxtar respublikanın səhiyyə müəssisələrinə təqdim olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib. Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini-maliyyə naziri Səbuhi Məmmədov çıxış edərək deyib ki, koronavirus pandemiyasına qarşı muxtar respublikada kompleks…