Naxçıvan şəhər buzxanası yenidənqurma və bərpadan sonra istifadəyə verilib

Naxçıvanın qədim tarixi, mədəniyyəti və zəngin mətbəxi turizmin inkişafı üçün geniş imkanlar açır. Bu torpaqda min illər ərzində xalqımızın formalaşdırdığı məişət mədəniyyətinin izləri həm də tarixi abidələrdə – buzxanalarda yaşadılır. Qədimdə insanların buza olan tələbatını ödəyən, ərzaq məhsullarının uzun müddət saxlandığı buzxanalarda bu gün milli mətbəx nümunələrimizin təbliği tarixi və mədəni irsimizin yaşadılmasına hesablanmış tədbirlərdəndir.…